Kür çayında 40 yaşlı kişi batıb.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, hadisə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, nəzarətsiz ərazidə baş verib.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.