Ötən gün Mingəçevir şəhərində 40 yaşlı kişi intihar edib. Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, şəhərin A.Məmmədov küçəsi ev 1, mənzil 512 ünvanında yaşayan Əli Cümşüd oğlu Əliyev özünü 5-ci mərtəbədən atıb. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.Tədqiqat zamanı həm də məlum olub ki, Əli Əliyev uzun müddət əsəb xəstəliyindən əziyyət çəkib və müalicə alırmış.