400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?

400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
SOSİAL
16:19 08.10.2026
159
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət Görüşündə çıxışı zamanı ölkəmizlə Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələrin inkişafından danışıb.

Dövlət başçısı hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərdiyini bildirib. Prezident, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında birgə investisiya fondlarının yaradıldığını və bu fondların hər birinin kapitalının yüz milyonlarla dollar təşkil etdiyini qeyd edib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyasının dərinləşməsi ölkənin strateji maraqlarına uyğundur:

"Azərbaycanın Mərkəzi Asiya ilə inteqrasiyasının dərinləşməsi ölkəmizin strateji inkişaf proqramına uyğundur. Azərbaycan təkcə Mərkəzi Asiya ölkələri ilə siyasi-diplomatik müstəvidə əlaqələrini inkişaf etdirmir, eyni zamanda iqtisadi, ticarət və tranzit imkanları baxımından da bu ölkələrlə daha sıx əməkdaşlıq edir. Yəni bu istiqamətdə inteqrasiya daha da dərinləşib. İkinci məsələ Azərbaycanın Mərkəzi Asiya ilə enerji əməkdaşlığıdır. Həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan enerji resurslarına malik ölkələrdir. Bu baxımdan Azərbaycanın böyük infrastrukturu, o cümlədən qaz, neft və nəqliyyat infrastrukturu Azərbaycanla Mərkəzi Asiya arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə imkan verir. Mərkəzi Asiya enerji resurslarının Azərbaycan üzərindən dünya bazarına çıxarılması həm bu ölkələrin iqtisadi müstəqilliyinin təmin edilməsi, həm alternativ nəqliyyat kanallarının müəyyənləşdirilməsi, həm də Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
 
 

X. Kərimlinin sözlərinə görə, qarşılıqlı kapital qoyuluşlarının artırılması da Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin inkişafına ciddi təsir göstərə bilər:

"Bundan başqa, qarşılıqlı kapital hərəkəti də mühüm məsələdir. Azərbaycanın bu ölkələrə investisiya yatırması, eyni zamanda Mərkəzi Asiya ölkələrinin Azərbaycana investisiya yatırması hər iki istiqamətdə faydalı nəticələr verə bilər. Azərbaycanın Mərkəzi Asiyanın bəzi ölkələrində, xüsusilə Özbəkistanda yaratdığı sənaye kooperasiyalarının və birgə müəssisələrin genişləndirilməsi də qarşılıqlı maraq doğurur. Eyni zamanda, sənaye layihələri, birgə investisiya fondları, kənd təsərrüfatı layihələri və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunur”.

İqtisadçı qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ilə iqtisadi əlaqələri xüsusilə son illərdə yeni mərhələyə keçib:

"Təbii ki, hazırda bizim Mərkəzi Asiya ilə əlaqələrimiz genişlənir. Baxmayaraq ki, Sovet dövründə bir məkanda, vahid iqtisadi sistem daxilində olmuşuq, sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin inkişafı daha sürətli xarakter alıb. Bu proses xüsusilə 2021-ci ildən etibarən yeni impuls alıb. Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin iqtisadi maraq mərkəzinə çevrilməsi və Mərkəzi Asiya ölkələrinin sürətli inkişafı bu əlaqələrin genişlənməsinə təsir edən əsas amillərdəndir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
16:20 08.10.2026
“Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas marşrutlardan birinə çevrilə bilər”
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
16:19 08.10.2026
400-dən çox şirkət Azərbaycanda – Mərkəzi Asiyanın marağı niyə artır?
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
16:16 08.10.2026
Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
16:08 08.10.2026
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
16:05 08.10.2026
Azərbaycanın U-20 millisinin üzvü "Olimpiakos"un düşərgəsində
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
16:02 08.10.2026
Prezidentin Türkmənistan səfəri ilə bağlı gözlənti: “Yeni imkanlar yaranır”
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
15:47 08.10.2026
Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev kimdir? – DOSYE
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
15:46 08.10.2026
Yusif Yusifov vəzifəsindən azad olundu - Prezidentdən yeni təyinat
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”
15:31 08.10.2026
“Azərbaycanın sədrliyi yeni əməkdaşlıq imkanları yaradacaq”