Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM daxil olan xəbərə görə, atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə isə avqustun 20-si axşamadək Abşeron yarımadasında zəif və mülayim küləklərin üstünlüyü, ayrı-ayrı saatlarda havada rütubətliliyin normadan çox olması ilə bürkülü hava şəraitinin yaranması və isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.