41 ölkənin 'Eurovision 2012' təmsilçisi müəyyənləşdi

MƏDƏNİYYƏT
00:36 14.03.2012
1750

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirak edəcək 42 ölkədən 41-nin təmsilçisi bəllidir.

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, 57-ci "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrdən yalnız San Marino təmsilçisini müəyyənləşdirməyib.

Bu ölkə Bakı səhnəsində çıxış edəcək ifaçını martın 16-da seçəcək. Milli finalda yarışacaq ifaçıların adı isə hələlik məlum deyil. Sabah San Marinonun milli yayımçısı olan "SMTV" kanalı Milli finalda çıxış edəcək müğənnilərin adlarını açıqlayacaq.

Həmin gün ölkənin "Eurovision 2012" mahnısı da bəlli olacaq. Ölkənin milli final şousunu "SMTV"nin rəsmi saytı vasitəsilə izləmək olacaq.

OXŞAR XƏBƏRLƏR