44 min müəllim süni intellektdən istifadə edəcək

44 min müəllim süni intellektdən istifadə edəcək
SOSİAL
15:45 14.09.2026
455
"Rəqəmsal məktəb" platformasının əhatə dairəsi və tədris prosesinə süni intellekt texnologiyalarının tətbiqi genişləndirilir. 

AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev 2026-2027-ci tədris ilinə dair keçirilən mətbuat konfransı zamanı deyib.

"Rəqəmsal məktəb" platforması artıq Bakı ilə yanaşı Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeron olmaqla daha 5 şəhər və rayonu əhatə edir. Layihə çərçivəsində əhatə olunan məktəblərin sayı 349-dan 550-dən çoxa çatdırılıb. Ötən tədris ilində direktor, müəllim, şagird və valideynlər də daxil olmaqla platformadan 900 mindən çox istifadəçi yararlanıb.

Eyni zamanda, təlim prosesində süni intellekt həllərinin tətbiqi genişləndirilir. 44 mindən çox təhsilverən üçün "Microsoft Copilot", "Google Gemini" və "NotebookLM" kimi Sİ alətləri istifadəyə verilib. Bu texnologiyalar müəllimlər üçün tədris materiallarının hazırlanması, dərsin planlaşdırılması, qiymətləndirmə meyarlarının təyini və rəqəmsal məzmun yaradılmasında böyük imkanlar açır. Şagirdlər üçün isə dərslik üzrə sualları cavablandıran və tapşırıqlarda adaptiv dəstək göstərən rəqəmsal köməkçi tətbiq olunur.

Təhsil sahəsində yeniliklər çərçivəsində "OpenAI" şirkəti ilə adaptiv öyrənmə platforması üzrə əməkdaşlığa başlanılıb. Paralel olaraq, kağız jurnallar mərhələli şəkildə ləğv edilərək kargüzarlıq tam elektronlaşdırılıb.

Şahanə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
17:18 30.10.2026
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
17:00 30.10.2026
Novo Azərbaycan ölkənin nüfuzlu klinikaları ilə piylənmənin idarə olunması üzrə əməkdaşlığa başlayır
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
16:33 30.10.2026
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!