45 yaşlı kişi özünü nazirliyin qarşısında yandırmaq istədi

45 yaşlı kişi özünü nazirliyin qarşısında yandırmaq istədi
Bütün Xəbərlər
13:09 30.04.2014
1385
Bakıda intihara cəhd edilib.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında qeydə alınıb.
45-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırmaq istəyib. Lakin ərazidə xidmət aparan polis əməkdaşları onu fikrindən yayındırmağa nail olublar.
Səbail rayon Polis İdarəsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, intihara cəhd edən şəxs artıq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR