5 avroya görə özünü asdı!

5 avroya görə özünü asdı!
Bütün Xəbərlər
21:59 16.01.2011
1998

Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Siciliya adasında yerləşən Raguas şəhərində market işçisi  özünü asıb. İntihara səbəb isə çox qəribədir. Belə ki, adı açıqlanmayan 30 yaşlı gənc işlədiyi marketdə şərin qurbanı olub. Marketin müdiri onun kassadan 5 avroluq endirim kuponunu oğurlamaqda ittiham edərək, onu işdən qovub.  Bir neçə ay bundan öncə yeni körpəsi dünyaya gələn işçi, müdirinin ona haqsızlıq etdiyini  sübut etmək üçün bir neçə yerə müraciət edib. Ancaq, müraciət etdiyi qurumlar onun müdafiəsindən boyun qaçırıblar.  Depressiyaya düşən gənc, həyat yoldaşının evdə olmadığı bir vaxtda intihar edib. O ölümündən öncə yazdığı məktubda haqsızlığa dözə bilmədiyini və buna görə intihar etdiyini qeyd edib.

İtaliya polisi faktla bağlı araşdırmalara başlayıb. Gəncin günahsızlığı sübut olunarsa, marketin müdirini məhkumluq həyatı gözləyir.

OXŞAR XƏBƏRLƏR