Bakıda məktəbli qız vəfat edib. AZXEBER.COM "Qafqazinfo”-a istinadən xəbər verir ki, Binəqədi rayon A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Tanrıverdiyeva Rüqəyyə İsmayıl qızı dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.