Paytaxtda gənc oğlan bədbəxt hadisənin qurbanı oldu.
Daha öncə xəbər vermişdik ki, iyulun 15-də Lermontov küçəsində, Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən doqquzmərtəbəli binadan böyük daş parçası qoparaq aşağıdan keçən 22 yaşlı Rövşən Hüseynovun başına düşüb.Dərhal xəstəxanaya çatdırılan gənc oğlan əməliyyat edilib. 5 gündür xəstəxanada ölüm-qalım mübarizəsi verən R.Hüseynov bu gecə son nəfəsini verib.Məlumat üçün bildirək ki, Rövşən Hüseynov İqtisad Universitetində təhsil alıb.
Allah rəmət eləsin