“5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir

“5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir
SOSİAL
21:07 11.09.2026
55
44 günlük Vətən müharibəsi şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova "Unikal Baku” şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.

AZXEBER.COM xəbər verir ki, Ülviyyə Abbasova sitat.info-ya açıqlamasında Nəsimi Qədirovun ona 5 min manat borclu olduğunu bildirib. Şəhid anasının iddiasına görə, borcunu tələb etdiyi üçün Nəsimi Qədirov və həyat yoldaşı tərəfindən təhqir olunub. O, Elnarə Qədirovanın ona "Get, şəhidinə hörmət elə, dilənçi” dediyini söyləyib.

Ülviyyə Abbasova həmçinin Nəsimi Qədirovun başqa şəxslərə, o cümlədən bəzi tanınmış simalara da borclu olduğunu iddia edib.

Şəhid anası aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını və pulunun geri qaytarılmasına kömək göstərilməsini istəyib:

"Bu adamın arxasında kimin dayandığını bilmirəm. Bu gün tutulur, sabah yenidən azadlığa çıxır. Xahiş edirəm, mənə kömək etsinlər, pulumu geri ala bilim”.

Qeyd edək ki, yayılan məlumata əsasən, Nəsimi Qədirov 2026-cı ilin mayında Ülviyyə Abbasovanı təhqir etdiyinə görə 5 sutka inzibati həbs cəzası alıb.

Bundan başqa, 2011-ci ildə Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə axtarışda olan Nəsimi Qədirovun saxlanıldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR