Azərbaycanın İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Rayon Prokurorluğundan bildirilib.Hadisə rayonun Lahıc kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü İsa Heydər oğlu Hüseynov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Onun 5 uşaq atası olduğu bildirilir.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.