5 yaşlı uşağı öldürən valideynlərin işi məhkəmədə

5 yaşlı uşağı öldürən valideynlərin işi məhkəmədə
Bütün Xəbərlər
03:54 24.06.2011
1495

 

Analığı tərəfindən döyülərək qətlə yetirilmiş 5 yaşlı Sevinci Həsənovanın ölümü ilə bağlı materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq nəticələrinə əsasən demək olar ki, qadın olduğuna görə, azadlıqdan ömürlük məhrumetmə cəzasından yaxasını qurtaran Rəbiyyət Osmanovanın bundan sonra ömrünün 12 ildən 15 ilə qədərini dəmir barmaqlıqlar arxasında keçirəcəyi gözlənilir. 

Birinci dəfə keçmiş ərinin həyatına bais olmuş qadına qarşı Cinayət Məcəlləsinin 120-ci madənin müvafiq bəndləri xüsus amansızlıq və şəxsin köməksiz vəziyyətindən istifadə edərək xuliqanlıq niyyəti ilə qətlə yetirmə maddəsi ilə cinayət işi başlanıb. Bu, Rəbiyyət Osmanovanın ikinci cinayəti olduğundan vəziyyətini bir az da ağırlaşdırır. Xatırladaq ki, atası və analığı tərəfindən qətlə yetirilən 5 yaşlı Sevinc Həsənovanın ölümünün səbəbi istintaq tərəfindən dəqiqləşdirilmişdi. Valideynləri uşağın onları gecə narahat etməsinə görə döyərək öldürüblər. 5 yaşlı Sevinc əvvəlcə analığı, daha sonra isə doğma atası Şahlar Həsənov tərəfindən vəhşicəsinə döyülüb. Bədəninin müxtəlif nahiyyələrindən ağır xəsarətlər almış qız 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

OXŞAR XƏBƏRLƏR