"5 yaşlı uşaq və anası polis bölməsinə aparılmayıb"

Bütün Xəbərlər
10:23 20.04.2011
1653

Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, İctimai Palata adlanan quruma daxil olan radikal müxalifət partiyaları aprelin 17-də ümumi sayı təxminən 150 nəfərədək olan bir neçə qrupla paytaxtın «Sahil bağı»nda qanunsuz aksiya keçirməyə cəhd göstərib. Polis əvvəlcədən xəbərdarlıq edildiyi kimi, qanunsuz aksiyanın qarşısını alınıb. Bu zaman ictimai asayişi pozmağa cəhd edən qanunsuz aksiyanın 65 iştirakçısı saxlanılıb. Onlardan 25 nəfəri hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edilərək sərbəst buraxılıb, 40 nəfər barəsində isə qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün sənədləri aidiyyəti məhkəmələrə göndərilib. 

Məlumatda, həmçinin, bildirilir ki, aksiyanın qarşısı alındıqdan sonra bəzi mətbuat orqanlarında aksiya zamanı vətəndaş Quluzadə Gülnarə Çingiz qızının azyaşlı qızı ilə birlikdə polis orqanları tərəfindən saxlanılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb: “Əslində polis əməkdaşları Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə qanunsuz aksiya keçirilən ərazidən uzaqlaşdıraraq sərbəst buraxıb. Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib”.

 

OXŞAR XƏBƏRLƏR