Britaniyada 5 yaşlı qız məcburi evliliyin ən gənc qurbanı olub.
Uşağın məxfiliyini qormaq üçün rəsmi şəxslər onun harada evləndiyini və ya adını açıqlamayıb.
Verilən məlumatlara görə, 87 yaşlı bir qadın da keçən il məcburi nigahın qurbanı olub.
Hər il yüzlərlə uşaq valideynləri tərəfindən xaricə aparılaraq zorla ərə verilir. Belə hallar ən çox Cənubi Asiyada, xüsusilə də Pakistan, Hindistan və Banqladeş kimi ölkələrdə baş verir.
2011-ci ildə Britaniyada 1500 məcburi ərə verilmə faktı aşkar edilib. Bir çox belə faktı üstü isə hələ də açılmamış qalır. (ann.az)