50 yaşlı məşhur azərbaycanlı roker: ‘Ona görə evlənmirəm ki...’ – MÜSAHİBƏ - FOTOLAR

50 yaşlı məşhur azərbaycanlı roker: ‘Ona görə evlənmirəm ki...’ –  MÜSAHİBƏ - FOTOLAR
MƏDƏNİYYƏT
17:40 01.07.2013
4948

Azərbaycanda tanınmış “Yuxu” rok qrupunun təsisçisi, roker İbrahim Eminin AZXEBER.COM-a verdiyi müsahibəni təqdim edirik:

Bunu etməsəm ölərəm”

-İbrahim bəy, ilk çıxışınızı necə xatırlayırsınız?

lk çıxışımız “TUAL” barda oldu. Biz orda məşhur mahnılar ifa edirdik. Çıxışımız dinləyicilər üçün gözlənilməz oldu. Heçkim bizdən belə ifa gözləmirdi. Çünki biz bu mahnını əvvəl oxuyanlardan daha yaxşı ifa elədik.

-Sizin sənətdə olduğunuz vaxtlardan indiyə kimi rok musiqisində hansısa dəyişiklik hiss edirsinizmi?

vvəllər roka münasibət əla idi. Son zamanlar laqeydliklər olsa da, münasibət yaxşılaşır.

-Müasir dövrdə musiqidəki yenilikləri izləmək çətindir. Bu yenilikləri necə izləyirsiniz?

-Bacardığım qədər yenilikləri internet vasitəsi ilə izləyirəm. İndi rok qrupları çoxdur. Bu baxımdan davamlı izləmək çətindir, amma yenə də internet işimi asanlaşdırır.

-Bildiyim qədəri ilə “Yuxu” qrupu dağılandan sonra, “Sirr” adlı yeni qrup yaratdınız. İstərdim biraz da “Sirr” qrupu haqqında danışasınız.

-“Yuxu” qrupu dağılandan sonra dayana bilmirdim, yeni parçalarım, ideyalarım var idi. Tək fəaliyyət göstərmək istəmirdim. Bunun üçün bu qrupu yaratdım.

-“Sirr qrupunu hansı ümidlərlə yaratdınız?

-“Sirr” qrupu ilə bağlı çox böyük ümidlərim var. Bir onu bilirəm ki, bu qrup dünyaca məşhur qrup olacaq. Çünki bizim qrup çox varlıdır. Həm maddi imkanlarımız genişdir, həm də çox bacarıqlı heyətimiz var. Bu yaxınlarda Türkiyəyə getməyi də planlaşdırırıq. Əsas məqsədimiz çox məşhur olmaqdır. Bunu etməsəm ölərəm. Bu sahəyə uşaq vaxtımdan əmək sərf edirəm. Bunu hamıya sübut edəcəm. Biz azərbaycanlılar üçün çalışırıq, amma heyif ki mənəvi dəstək verən çox azdır.

Zəlzələ oldu, ona görə dağıldı.

-Türkiyədə qalıb fəaliyyətinizə orada davam etdirsəydiniz, indi dünyada məşhur qrup olardınızmı?

-Türkiyə bizi heç vaxt qəbul etmədi. Maksimum bizə barlarda çıxış etməyimiz üçün imkan yaratdılar. Türklər bizə heç bir dəstək göstərmədilər. Heç fransızlar da heç bir kömək göstərə bilmədilər. Bizə heçkim kömək etmədi. Biz o səviyyəyə öz zəhmətimiz hesabına ucaldıq.

-Yaxşı, bəs onda “YUXU” qrupu niyə dağıldı?

-Düzünü desəm, qrupun dağılma səbəbi zəlzələ oldu. Əvvəl “Uzelli” musiqi şirkəti ilə çalışırdıq. Sonra “Midas Light Sound” şirkətinə transfer olduq. O zaman İstanbulda güclü zəlzələ baş verdi. Təbii ki, zəlzələ şirkəti də “silkələdi”. Zəlzələdən sonra hərə bir işlə məşğul olmağa başladı.

-Bəs indi qrupun üzvləri ilə əlaqə saxlayırsınızmı? Onlarla münasibətiniz necədir?

-Bəli, əlaqə saxlayıram. Hər ikisi qonşumdur.

-Heç içinizdən keçibmi ki, yenidən birləşəsiniz, qrupu yenidən yaradasınız?

-Sponsor olsa əlbəttə birləşərik. Sadəcə bizə maddi dəstək lazımdır. Xarici məşhur qruplar bizdən aşağı səviyyədə qruplar olub. Ancaq onların maddi imkanları genişdir, ona görə məşhur olublar. Əslində biz onlardan daha çox səviyyəli qrup olmuşuq.

“Mahnılarımı yaxşı qiymətə alırlar”.

-Neçə ildi ki, rokla məşğulsuz. Ola bilməz ki, bu sual haqqında heç vaxt fikirləşməyəsiniz. Siz özünüz Azərbaycanda rokun gələcəyini görürsünüzmü?

-Bəli, Azərbaycan roku məncə çox inkişaf edəcək. Hazırda bu sahə üzrə çoxlu işlər görülür.

-Bizim cəmiyyətdə elə insanlar var ki, rokun həqiqətdə nə olduğunu bilmir. Amma xaricdə rokun inkişafı onu insanlara sevdirə bilib. Siz necə düşünürsünüz, roku dinləmək üçün yaş limiti varmı?

-Xeyr, rok bir fəlsəfədir. Hərkəs dinləyə bilər. Sadəcə başa düşmək lazımdır.

-Bu gün bir musiqiçi kimi necə dolanırsınız?

-Mən pul qazanmaq üçün roker olmamışam. Maddi gəlirim bir halda olur ki, yaxşı mahnı yazıb satıram. Mahnılarımı yaxşı qiymətə alırlar. Mən elə bir xarakterli insan deyiləm ki, yaşatdığım sənətdən maddi gəlir qazanmaq fikrinə düşüm.

Çünki mənim gitaram var

-Qadın fanatlarınız çoxdur?

-Fanatlarım arasında qadınlar da var. Amma mənim üçün cinsiyyətin fərqi yoxdur. Əsas odur ki, musiqilərim dinlənilsin və insanlar tərəfindən sevilsin.

-50 yaşınız var və bildiyim qədəri ilə hələ də ailə həyatı qurmamısınız. Bunun səbəbi nədir?

-Ona görə evlənmirəm ki, mənim gitaram var. Həyatımı sırf musiqiyə həsr etmişəm. Həyatımı da belə başa vurmaq istəyirəm.

-Sonuncu sual. Siyasətlə maraqlanırsınızmı?

-Mən maraqlanmıram, amma siyasət mənimlə maraqlanır.

Turxan Əliquliyev

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə