500-dən çox “tır” gömrükdə gözləyir – Sürücülərdən ŞİKAYƏT - VİDEO

500-dən çox “tır” gömrükdə gözləyir – Sürücülərdən ŞİKAYƏT - VİDEO
SOSİAL
23:29 01.05.2026
671
 Artıq 5 gündür sürücülər sərhədi keçə bilmirlər..sərhədkeçmə məntəqəsində uzun növbələr yaranıb
 
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, sürücülər deyirlər ki, günlərlə növbədə qalmaq həm maddi, həm də texniki baxımdan ciddi problemlər yaradır. Xüsusilə qida məhsulları daşıyan yük avtomobillərinin sahibləri məhsulların xarab olmasından ehtiyat edirlər.

 Türkiyəli sürücülər isə bildirirlər ki, avtomobillərində əsasən tez xarab olan ərzaq məhsulları var ki  uzun müddət gözləmək onlar üçün böyük risk yaradır. Yüklər Rusiya ərazisinə keçmək üçün növbədə saxlanılır. Problemin Rusiya gömrüyü ilə əlaqəli olduğu bildirilir

 Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən verilən açıqlamada bildirilib ki, "Samur", "Xanoba" və "Şirvanlı" gömrük postlarından  yük nəqliyyat vasitələrinin buraxılışı gündəlik iş rejimində həyata keçirilir və hazırkı şəraitdə buraxılış ilə əlaqədar hər hansı sıxlıq və gecikmə halları müşahidə edilmir."

OXŞAR XƏBƏRLƏR