Hacıqabul rayonu ərazisində bədbəxt hadisə baş verib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, saat 15:00 radələrində Hacıqabul şəhəri Həmid Həmidov küçəsində Emin Xanəli oğlu Yusifov idarə etdiyi “QAZ-53” markalı 24 AC 035 nömrə nişanlı yük maşını ilə 1961-ci il təvəllüdlü Məlahət Nəzir qızı Nəzirovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.Məlumata görə, E.Yusifov yük maşınını arxaya sürdüyü zaman orada dayanmış 51 yaşlı qadını görməyib və qadın yıxılaraq maşının təkərləri altında qalıb.