Avstraliyada Maykl Baxter adlı bir kişi populyar cizgi filim olan "Simpsons"-un 203 obrazını kürəyinə döymə etdirib.O, bu addımı ataraq "Ginnesin rekordları" kitabına daxil olmaq üçün müraciət edib.Avstraliyanın Melbrun şəhərində yaşayan 52 yaşındakı Maykl Baxter yayınlanmaya başladığı gündən böyük heyranlıqla bu cizgi filmini izləyib.Döymələri etdirmək üçün 12 min dollar xərcləyən Baxter, cizgi filminin 25 illiyində - 17 dekabrda rekordun ona verilməsi üçün müraciət edib.Cizgi filminin bir seriyasını dövmə etdirdiyini bildirən Baxter heç kimin ağlına gəlməyən bir şey etmək istədiyini deyib. "Cizgi filmini sevərək izlədiyim üçün bu addımı atdım" deyə, o, bildirib.