54 yaşlı kişi dənizdə batdı

54 yaşlı kişi dənizdə batdı
Bütün Xəbərlər
11:15 04.08.2012
1203

Azərbaycanın Xaçmaz rayon sakini dənizdə boğularaq ölüb.

Hadisə avqustun 3-ü axşam saatlarında qeydə alınıb. Çaxçaxlı kənd sakini, 54 yaşlı Babayev Nadir Qüdrət oğlu Müqtədir qəsəbəsi ərazisindəki çimərlikdə batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dənizdən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR