55 yaşlı azərbaycanlı Stalin olmaq istəyir - FOTOLAR

55 yaşlı azərbaycanlı Stalin olmaq istəyir - FOTOLAR
Bütün Xəbərlər
19:05 30.10.2012
1461
“Lap epizodik rol da olsa, çəkilməyə razıyam. Həyatımda ən böyük arzumdur Stalin obrazını yaratmaq”.
Bunu Rusiyanın Sankt-Peterburq şəhər sakini, əslən azərbaycanlı Mirzə Şəlviyev bildirib. “Proletariatın dahi rəhbəri” ilə həddən artıq oxşarlığı onu bu addımı atmağa həvəsləndirib.Mirzə adıgedən radionun əməkdaşlarına deyir ki, artıq qəlyan da alıb. Ömrü boyu siqaret çəkən olmasa da, Stalinin xətrinə indi tüstü udmaqla da məşğuldur.Şəlviyev 90-cı illərin ortalarınadək Azərbaycanda yaşayıb. Sonra Peterburqa köçüb. Rusiya vətəndaşlığını alıb.Həmyerlimizin 55 yaşı var. Deyir, o dövrün tarixi hadisələri ilə bağlı film çəkilsəydi, xırda bir epizodda belə rol almağa hazırdır: “Məni heç qrim etməyə belə ehtiyac yoxdur”.
//Lent.az
OXŞAR XƏBƏRLƏR