Bunu Rusiyanın Sankt-Peterburq şəhər sakini, əslən azərbaycanlı Mirzə Şəlviyev bildirib. “Proletariatın dahi rəhbəri” ilə həddən artıq oxşarlığı onu bu addımı atmağa həvəsləndirib.Mirzə adıgedən radionun əməkdaşlarına deyir ki, artıq qəlyan da alıb. Ömrü boyu siqaret çəkən olmasa da, Stalinin xətrinə indi tüstü udmaqla da məşğuldur.Şəlviyev 90-cı illərin ortalarınadək Azərbaycanda yaşayıb. Sonra Peterburqa köçüb. Rusiya vətəndaşlığını alıb.Həmyerlimizin 55 yaşı var. Deyir, o dövrün tarixi hadisələri ilə bağlı film çəkilsəydi, xırda bir epizodda belə rol almağa hazırdır: “Məni heç qrim etməyə belə ehtiyac yoxdur”.
//Lent.az



