55 yaşlı Elçin Behbudov

55 yaşlı Elçin Behbudov
Bütün Xəbərlər
17:22 23.02.2015
1419

“Özümü 25-26-27 yaşlarında gənc kimi hiss edirəm”

Azərbaycanın tanınmış hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudovla yubiley günü görüşdük. 55 yaşını qeyd edən həmsöhbətimizlə ilk dəfə idi ki, işlə bağlı söhbət etmədik.

- Necəsiniz Elçin müəllim? 55 yaşınız tamam olur, yubiley təbriklərimizi qəbul edin.

- Yaxşıyam. Özümü 25-26-27 yaşlarında gənc kimi hiss edirəm. Amma aynanın qarşısına keçəndə artıq cavan olmadığımı görürəm.

- Keçən ömür yolunuzla bağlı bu gün oxucularımıza nələri demək istərdiniz?

- Həyatım dövlətimə, millətimə xidmət etməklə keçib. 80-ci illərdən 95-ci ilə qədər milis orqanlarından başlayan iş həyatım xüsusi xidmət orqanlarında xidmət rəisi vəzifəsində çalışmağa qədər bir yol keçib. Azərbaycanın hüquq-mühafizə orqanlarının zabiti olaraq yüksək rütbə daşımışam.

- Gözəl günləriniz harada keçib, sistemdə çalışdığınız zamanlarda, yoxsa sonrakı illərdə?

- Gözəl günlərimi Azərbaycanın hüquq-mühafizə orqanlarında, xüsusi xidmət qurumlarında işləməklə keçib. Dövlətimə, millətimə xidmətlə keçirmişəım. Müxtəlif medallarla, döş nişanları ilə təltif olunmuşam, pul mükafatları ilə mükafatlandırılmışam. Qarabağ müharibəsinin veteranıyam. 2 övlad atasıyam, bir nəvəm var.

- Uzun müddət zabit olan Elçin Behbudov indi hüquq müdafiəsi işi ilə məşğul olur.

- Mən 2-ci dəfə dünyaya gəlsəydim, yenə də hüquq müdafiəçisi yolunu seçərdim. Səmimi deyirəm ki, insanlara yardım etmək, onların hüquqlarını müdafiə etmək məni xoşbəxt edir.

- Amma sözarası onu da deyək ki, tez-tez tənqidlərə də məruz qalırsınız.

- Elçin Behbudov hamı üçün yaxşı ola bilməz. Bu təbiidir. Sizə indi bir etiraf edəcəm – Elşin Behbudov çox şey bilir, amma bu o demək deyil ki, hamısını danışmalıdır. Xüsusi xidmət orqanlarında çalışdığım vaxtlarda mən yeganə şəxs idim ki, xüsusi xidmət orqanlarından dövlət başçısına məlumatları şəxsən özüm aparıb verirdim...

Valdimir Putinin bir özü var: “Novıx, starşix KQB-nikov ne bıvaet, KQB-şnik ostaetsya KQB-şnikom”.

- Həyat yolu enişli-yoxuşludur. Hər kəsin ömür yolunda xoş günlər də olur, çətin anlar da yaşanır. Maraqlıdır, Siz şikayətlənsəniz, daha çox nədən danışardınız?

- Çox haqsızlıqlar gördüm. Amma yenə də hesab etdim ki, ömür davam edir və daxili inamımla ömür yolumda yürüməliyəm. Belə də oldu.

- Təkilatınız işgəncələrlə bağlı fəaliyyət göstərir. Adında da bu söz ifadə olunur.

- İlk dəfə 1996-cı ildə işgəncələrdən danışdım. Bu barədə mövqeyimi bəyan elədim, yaşadığım işgəncələrdən danışdım. O zamandna bu günə kimi işgəncəyə məruz qalan insanların hüquqlarını müdafiə edirəm. Bu işdə əlimdən gələni etməyə çalışıram. 2005-ci ildə çox çətinliklə də olsa, təşkilatımız dövlət qeydiyyatına alındı.

- Elçin müəllim. Ürək sözləriniz, arzularınızı dinləyək.

- Azərbaycanı hər zaman müstəqil demokratik dövlət kimi görmək istəyirəm. Mən Şuşalıyam, Qarabağ Xanlığının xanı Rənahəli Xan, İbrahimxəlil Xanın nəslindənəm, Sarıcalı Cavanşirin törəməsiyəm, Behbud Ağanın nəslindənəm. 2007-ci ildən Azərbaycan Əsilzadələr Məclisinin üzvüyəm. Arzum odur ki, Qarabağın, Şuşanın azad olduğunu görmək, öz dədə-baba torpaqlarıma getmək, babalarımın qəbirlərini ziyarət etmək istəyirəm.

Sonda AZXEBER.COM olaraq müsahibimizi – Elçin müəllimi yubileylə bağlı təbrik edirik.

Mətanət

OXŞAR XƏBƏRLƏR