Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.
Bu barədə APA-ya Xətai Rayon Prokurorluğundan bildirilib.
Məlumata görə, rayonun Xudu Məmmədov ev 5, mənzil 18-də yaşayan, 55 yaşlı Validə Əsəd qızı Kərimova yaşadığı evin mətbəxində özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.