57 yaşlı abituriyent I qrupa imtahan verəcək

57 yaşlı abituriyent I qrupa imtahan verəcək
Bütün Xəbərlər
11:41 19.07.2013
1870

İyulun 21-də 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.

AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O bildirib ki, imtahan respublikanın 11 şəhərində, ümumilikdə 70 binada keçiriləcək. I qrup üzrə imtahanlarda iştirak etmək üçün 36 883 abituriyent ərizə təqdim edib. Onlardan 34 240 nəfəri Azərbaycan bölməsinin, 2643 nəfəri isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 22 372 nəfərini oğlanlar, 14 511 nəfərini isə qızlar təşkil edir. 21 210 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 766 nəfər məktəbi əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 200 abituriyent xarici ölkələrin vətəndaşıdır. 150 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə 2-ci ali təhsil almaq arzusundadır.

Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir.

OXŞAR XƏBƏRLƏR