57 yaşlı qadını zorlayan şəxs tutulub

57 yaşlı qadını zorlayan şəxs tutulub
Bütün Xəbərlər
12:02 29.11.2013
1377

Suraxanı rayonunda qadına təcavüz edən 26 yaşlı gənc polisə ifadəsində hadisə vaxtı sərxoş olduğunu deyib

Bakıda baş verən zorlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. Hadisə ötən gecə saatlarında Bülbülə qəsəbəsində Səttar Bəhlulzadə küçəsində baş verib.
Belə ki, 26 yaşlı M.M. gecə çoxdan izlədiyi 56 yaşlı S.V.-nin yaşadığı evə gəlib. O, həyət evinə hasardan keçərək qadının mənzilinə daxil olub. Hadisə baş verən vaxt evdə qadının yaşlı və əlil atası da olub. Gənc əlindəki bıçaqla onları hədələyib və qadını soyundurub. Yaşlı və əlil kişinin gözləri qarşısında qadını zorlayan və onu döyən gənc hətta yaşlı kişini də vurub. Daha sonra gecə saatlarında evdən qaçıb.
Qadının şikayəti əsasında hadisəni törədən şəxs tutulub. O, polisə ifadə verərkən, qadını zorlayan vaxt sərxoş olduğunu deyib. Faktla bağlı araşdırma aparılır.(Anspress)
OXŞAR XƏBƏRLƏR