Türkiyənin Kahramanmaraş vilayətində meşəlik sahədə12 yaşındakı bir qız uşağının cəsədi tapılıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, adının Ş.D.olduğu öyrənilən qızın boğulduğu və daha sonra meşəlik sahəyə atıldığı öyrənilib. 6-cı sinif şagirdi olduğu bildirilən Ş.D-nin bir gün əvvəl, məktəbdən çıxdıqdan sonra evə qayıtmadığı bildirilib. Qızın atası isə, polisə qızının itkin düşməsi ilə bağlı məlumat verib.
PolisŞ.D-nin təcavüz edildikdən sonra öldürüldüyü ehtimalı üzərində dayanır.
Faktla bağlı cinayət işi qaldırılıb.