6 rayonda qaz olmayacaq

6 rayonda qaz olmayacaq
Bütün Xəbərlər
12:07 17.10.2014
1380

Təmir-quraşdırma işləri aparılır.

Bu gün Azərbaycanın altı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

AZXEBER.COM xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dək Lənkəran rayonunun bir hissəsinə, saat 11:00-dan 13:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 14:00-dək Gəncə şəhərinin bir hissəsinə, saat 14:00-dan 16:00-dək Qaradağ rayonunun Lökbatan qəsəbəsinə, saat 17:00-dək Qazax rayonunun bir hissəsinə, saat 18:00-dək Sumqayıt şəhərinin və Yevlax rayonunun bir hissəsinə, işlər başa çatanadək isə Suraxanı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

OXŞAR XƏBƏRLƏR