6 telekanalın hər birinə 500 min manat ayırıldı

6 telekanalın hər birinə 500 min manat ayırıldı
MEDİA
23:01 06.04.2012
1641
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 
MTRŞ-dan AZXEBER.COM-a verilən məlumata görə, iclasda milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə, “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na və “Xəzər TV” MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000 (beş yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb.
OXŞAR XƏBƏRLƏR