6 yaşlı qız 47 yaşlı kişiyə ərə verildi - FOTO

6 yaşlı qız 47 yaşlı kişiyə ərə verildi - FOTO
Bütün Xəbərlər
13:21 31.08.2012
6814

Yəmənli Rəjan hələ də hər şeyin oyun olduğunu sanır. Valideynlərinin onu bəzəməsindən, evə qonaqların gəlməsindən həzz alan Rəjan bayram olduğunu sayır.

O, toy hədiyyəsi olaraq aldığı çəhrayı rəngli eynəyi gözlərinə taxaraq rəqs edir, gülür.Rəjan anlamır ki, onun toyudur və o, gəlindir.

Yəmənin Marib vilayətindəki Əl Hüdeyda kəndində yaşayan Rəjan Həccanı 47 yaşlı Mohamməd Əmrana ərə veriblər.

6 yaşı olanda 25 yaşlı gəncə ərə verilmiş Fəiz Təhan isə indi 3 uşaq anasıdır. Onun sözlərinə görə, Rəjanın başına gələcəkləri bilir.

14 yaşlı Təhan deyir: “Ərimə nifrət edir, ondan qorxurdum. Ərimi görən kimi qaçıb gizlənirdim. Rəjan da belə olacaq. Hamımız Şəriət toyu ilə ərə verilmişik”.

BMT ekspertləri bildirirlər ki, Yəməndə 6-9 yaşlı qızların az qala babaları yaşlı kişilərə ərə verilməsi az qala adi hal alıb.

“Bəzi atalar “Şəriət nikahı” adı ilə qızlarını faktiki olaraq cinsi köləliyə verirlər. Bu qızlar məşəqqətlər çəkir, bəzən də əzablara dözməyərək intihar edirlər. Uşaq yaşlarında ərə verilən qızlar arasında ölüm halları sürətlə artır”, – BMT ekspertləri vurğulayırlar.

Bu yaxınlarda 10 yaşlı Səada Məhvit ərindən qaçıb və ərinin ailəsini məhkəməyə verib.Onun dediyinə görə, 7 yaşında ərə verilib və “ailə qurduğu” gündən bəri həyatı cəhənnəmə çevrilib.

9 yaşlı Məhra əl Cəauf isə Əl Dali şəhərində özünü asıb.Məhranın anasının dediyinə görə, toy gecəsinin səhəri güclü daxili qanaxması başlanan Məhra müalicə almadığından şikəst qalıb, ayaqları tutulubmuş.

11 yaşlı Hüdeyda əl Bəruda isə toy gecəsindən 3 gün sonra ölüb.Onun da ölüm səbəbi daxili orqanların qanaxması idi. Hüdeydanın 59 yaşlı əri, təbii ki, məsuliyyətə cəlb olunmayıb: Yəmən qanunvericiliyinə görə, ər günahsız sayılır.

Əmran vilayətində yaşayan 73 yaşlı Nəcib Səid Canem isə bir həftə əvvəl ikinci arvad alıb.Onun ikinci arvadı Nucudun 11 yaşı var.Səid Canemin dediyinə görə, ailəsində sakitlik və rahatlıqdır, çünki ikinci arvadı onun ilk arvadı, 13 yaşlı Şobha ilə “yaxşı yola gedir”.

//milli.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA