6 yaşlı uşaq qardaşını paltaryuyan maşına salaraq öldürdü
Bütün Xəbərlər
11:31 10.05.2013
2709
Türkiyədə 6 yaşlı uşaq 4 yaşlı qardaşının ölümünə səbəb olub.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən nverdiyi məlumata görə, hadisə Qaziosmanpaşa rayonunda baş verib. Anası və nənəsi evdə olan 6 və 4 yaşlı uşaqlar evlərinin eyvanında oyun oynayıblar. Bu zaman 4 yaşlı uşaq 12 kq tutumu olan paltaryuyan maşının içərisinə girib. Yaşca böyük olan uşaq isə bunu oyunun bir parçası zənn edərək maşının qapağını bağlayıb və düyməsini basaraq işə salıb.Namazdan qayıdan baba kiçik nəvəsini axtaranda dəhşətli hadisə üzə çıxıb.