60 ilin həyat yoldaşları bir gündə dünyalarını dəyişdi - FOTO + VİDEO

60 ilin həyat yoldaşları bir gündə dünyalarını dəyişdi - FOTO + VİDEO
Bütün Xəbərlər
20:25 05.01.2013
2131
Rusiyanın Aksay vilayətinin İstomino kəndində çox təsirli bir hadisə baş verib.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sosial sahənin əməkdaşları reyd keçirərkən ər Pavel və arvad Anna Xmızın meyitlərini birlikdə tapıblar. Ölən şəxslər bir çarpayıda uzanaraq əl-ələ tutmuşdular.Sonradan məlum olub ki, iki sevgili 60 il birlikdə ömür sürüblər. Onların həyatdan köçmələrinin arasında da yarım saat fərq olub.Anna Xmızın ölümündən 30 dəqiqə sonra Pavel Xmız da dünyadan köçüb.
OXŞAR XƏBƏRLƏR