61 yaşında striptiz göstərməyə başladı - FOTOLAR

DÜNYA
01:43 19.01.2015
2236

Rus fotoqraf Vladimir Yakovlev son iki ildir ahıl yaşlarına rəğmən özlərinə yeni hobbilər tapan insanları görüntüləməklə məşğuldur.Həmin adamlar haqda qısa məlumatları və fotolarını təqdim edirik.

80 yaşlı buz kraliçası

Vladimir Yakovlevin qəhrəmanlarından olan 80 yaşlı buz kraliçası Yvonne Dole qəza keçirdikdən sonra həkimlər ona konki sürməyi tövsiyə edib. O gündən bəri konkilərdən vaz keçməyən qadın “əgər pis ruh halında olsaydım, indi konkini oksigen cihazı əvəzləmişdi”, - deyir.

68 yaşlı Dj

Dj mama olaraq da bilinən Rus 40 illik ərini itirdikdən sonra çox böyük üzüntü yaşayıb. Çarəni isə Dj-likdə tapıb. Ötən il İbiza, London da daxil olmaqla 80 məkanda Dj-lik etmişdi.

78 yaşlı paraşütçü

Montserrat Mexo 78 yaşındaykən onu həyatda ən xoşbəxt edən şeyin paraşütlə tullanmaq olduğunu anlayıb. Bundan rekord qıran qadın xizəklə də məşğuldu.

61 yaşlı striptizçi

O, 59 yaşındaykən həkimlər ona osteoporoz (sümük əriməsi) diaqnozu qoyaraq idmanla məşğul olmağı tövsiyə ediblər. O da adi bir idman növünün sıxıcı olacağını düşünərək dirək rəqsi ilə məşğul olur.

78 yaşlı skateboardçı

Llyod Xan skateboardı ilk sürdüyündə 65 yaşında idi. İlk dəfə yıxılıb əlini əzsə də, indi 78 yaşındadı və çox sevərək etdiyi idman növüdü.

90 yaşlı balet ustası

Ondi 90 yaş olan Con Loue baletə 80 yaşında başlayıb. “Ailəm havada fırlanaraq yıxıla biləcəyimdən, sümüklərimin qırılmasından qorxur, ancaq özümü dayandıra bilmirəm”, - deyir.

80 yaşlarında turist oldular

80 yaşlı Pat Morhed 81 yaşını yoldaşı ilə paraşütlə tullanaraq qeyd edib. Cütlük birlikdə 180 ölkə gəzib.

73 yaşında elastikləşdi

Duan Tzinfu 40 il boyunca şüşə fabrikində çalışıb. 60 yaşında elastik olmaq üçün idmana başlayıb, indi yetərincə elastikləşib.

86 yaşlı gimnast

Coganna Quaas gimnastikaya 56 yaşında başlayıb. İndi bu sahə üzrə parlaq ulduz olub.

75 yaşlı aykidoçular

75 yaşında çox yaxın dost olan Mina Melnikova və Antonina Kulikova 5 il əvvəl aykido dərslərinə başlayıblar. İndi yaşıl kəmərə kimi gəlib çıxıblar.

78 yaşlı sehrbaz

Paul Fegen vaxtilə multi milyoner olub. İflas etdikdən sonra 78 yaşında sehrbaz olan Paul indi bununla dolanır.

//ailem.az

OXŞAR XƏBƏRLƏR