61 yaşlı kişi öz qarajında intihar etdi

61 yaşlı kişi öz qarajında intihar etdi
Bütün Xəbərlər
11:18 29.11.2015
1175
Faktla bağlı cinayət işi başlayıb.
Şəkidə 61 yaşlı kişi maşın qarajında intihar edib.
AZXEBER.COM xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə noyabrın 28-i saat 15:45 radələrində Şəki şəhəri Sülh küçəsi ev 16 ünvanında qeydə alınıb.
Şəki şəhər sakini 1954-cü il təvəllüdlü Yaşaq Əkbər oğlu Nəcəfovun meyti yaşadığı evin həyətində tikilmiş maşın qarajından asılı vəziyyətdə həyat yoldaşı Telli tərəfindən aşkar
edilib.
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan işçilərinin apardıqları araşdırma zamanı 61 yaşlı Yaşaq Nəcəfovun intihar etməsi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR