61 yaşlı kişini güllələyib öldürdülər

61 yaşlı kişini güllələyib öldürdülər
Bütün Xəbərlər
11:00 30.08.2013
797

Bakıda 61 yaşlı kişi qətlə yetirilib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 1 Mədən küçəsində yeni tikilidə qeydə alınıb. 

1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənova naməlum şəxslər tərəfindən “Makarov” tipli tapançadan 6 dəfə atış açılıb. 

T. Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüb. 

Hazırda hadisənin baş vermə səbəbləri aydınlaşdırılır. 

OXŞAR XƏBƏRLƏR