Şəmkir rayonunda kişi bazarda ölüb. AZXEBER.COM qafqazinfo-ya istinadla xəbər verir ki, 1964-cü il təvəllüdlü Fərman Məmmədovun bazar ərazisində qəfil halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.