64 yaşlı kişi Həkəri çayında boğuldu

64 yaşlı kişi Həkəri çayında boğuldu
SOSİAL
23:56 04.07.2026
185
Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR