Nyu-Yorkdakı "One World Trade Center" 104 mərtəbəli, 541,3 metr yüksəkliyə malik göydələndir. Dünən iki pəncərəyuyan bu binanın 69-cu mərtəbəsində ölüm riski ilə üzləşmişdi.
2011-ci ilin sentyabrın 11-də "Əl Qaida"nın törətdiyi məşum terakt nəticəsində yerlə yeksan olmuş Ümumdünya Ticarət Mərkəzinin "əkiz" göydələnlərinin yerində inşa olunmuş "One World Trade Center"-in 69-cu mərtəbəsində pəncərələri silən Xuan Lopes və Xuan Lizamanın olduqları platformanın kanatlarından ikisi qəflətən qırılıb.
Platformanın sağ tərəfi aşağı əyilib və pəncərəsilənlər 69-cu mərtəbədən aşağı düşmək riski ilə qarşılaşıblar.
Onlar 90 dəqiqə belə vəziyyətdə, asılı qalıblar.
Hadisə yerinə yollanmış polislər, yanğınsöndürənlər və xilasedicilər asılı qalmış iki nəfəri xilas ediblər.
Yanğınsöndürənlər 68-ci mərtəbədəki ofisin pəncərələrini qıraraq iki Xuanı içəri çəkiblər və ölümdən qurtarıblar.
Xuan Lopes və Xuan Lizama "Bellevue Hospital"a aparılıblar. Həkimlərin dediklərinə görə, onlarda yüngül hipotermiya vardı.//milli.az


