Meksikalı Karlos Slim 69 milyard dollarla dünyanın ən varlı adamıdır
Dünyanın ən varlı 100 adamının siyahısı açıqlanıb.
"Forbes" jurnalının açıqladığı siyahıya görə, meksikalı iş adamı Kalos Slim 69 milyard dollarlıq sərvətiylə dünyanın ən varlı adamı mərtəbəsinə yüksəlib. "Microsoft"un qurucusu Bill Qeyts isə 61 milyard dollarlıq sərvətiylə ikinci olub.
Keçən ilin ikincisi Varren Buffet 44 milyard dollarla üçüncü yeri tutub.