69 yaşlı kişi Tovuzda su anbarına düşdü

69 yaşlı kişi Tovuzda su anbarına düşdü
SOSİAL
10:24 27.04.2019
9486
Tovuzda 1 nəfər su anbarına düşüb.

AZXEBER.COM-a FHN-dən verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
OXŞAR XƏBƏRLƏR