695 bal yığan prezident təqaüdçüsü niyə 2 alıb?

GƏNCLİK
20:58 07.02.2011
2874

Yanvarın 31-də ali məktəblərdə qış imtahan sessiyası başa çatıb. Bütün tələbələr bu sessiyanın imtahanlarında biliklərini nümayiş etdiriblər. Kimi bu sınaqdan üzü ağ çıxıb, kimisi də kəsilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbul imtahanlarına 695  bal toplayaraq Dövlət İdarəçilik Akademiyasına daxil olan I kurs tələbəsi qış semestrində “2” qiyməti alıb.

Modern.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Dövlət İdarəçilik Akademiyanın mətbuat xidmətinin rəhbəri Sona Məmmədova ilə əlaqə saxlayıb. S.Məmmədova xəbəri təsdiqləyərək deyib ki, prezident təqaüdçüsü olan həmin tələbənin qış imtahanından kəsilməsinin səbəbi tələbənin həyəcandan çaşqınlığı olub.

“Birinci kursdur və birinci dəfə imtahan verirdi. Onu da başa düşmək olar, uşaqdır, imtahanda özünü itirib və yaxşı nəticə göstərə bilməyib”.

Sona Məmmədova bizdə olan məlumatı təsdiqləsə də, həmin tələbə qızın adını açıqlamadı.

Mətbuat xidmətinin rəhbəri tələbinin riyaziyyat fənnindən kəsri olduğunu qeyd edib.

 

OXŞAR XƏBƏRLƏR