7 illik vergi güzəşti ləğv olunur - Ekspert yeni dəyişikliyi şərh etdi

7 illik vergi güzəşti ləğv olunur - Ekspert yeni dəyişikliyi şərh etdi
İQTİSADİYYAT
11:57 23.10.2025
562
Xəbər verdiyimiz kimi, gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. 

Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. 

İqtisadçı Xalid Kərimli AZXEBER.COM-a bildirib ki, 2026-cı il yanvarın 1-dən etibarən gəlir vergisi ilə əlaqədar qeyri-dövlət, yəni özəl sektorda çalışanlar üçün tətbiq edilən vergi güzəştinin müddəti başa çatır:

"Hökumət bu prosesi dərhal deyil, mərhələli şəkildə həyata keçirəcək. Belə ki, vətəndaşın iş yerində aylıq gəliri 2500 manata qədərdirsə, ondan 3 faiz (yəni 75 manat) gəlir vergisi tutulacaq. 2500 manatdan 8000 manata qədər olan gəlirdən isə 10 faiz, 8000 manatdan yuxarı maaş alan şəxslərdən isə 14 faiz vergi çıxılacaq. Nəticə etibarilə, 8000 manatdan çox əməkhaqqı alan şəxslər 625 manat və əlavə olaraq gəlirin həmin hissəsindən 14 faiz vergi ödəyəcəklər. Bu qayda 2026-cı ildən etibarən bir illik dövrü əhatə edir”.

Ekspert deyib ki, 2027-ci ildən etibarən isə aşağı gəlir həddində olan şəxslər üçün vergi 2 faiz artırılaraq 5 faiz olacaq:

"2028-ci ildən sonra isə özəl sektorda 2500 manata qədər maaş alan şəxslər üçün gəlir vergisi 7 faiz təşkil edəcək. Digər gəlir aralıqları əvvəlki illərdə olduğu kimi qalacaq.
Beləliklə, hökumət üçpilləli sistemlə maaşlardan tutulan gəlir vergisini mərhələli şəkildə bərpa edir. Əsas məqam ondan ibarətdir ki, 2500 manat maaş alan vətəndaş əvvəllər 14 faiz vergi ödəyirdisə, yeni qaydalara görə bu göstərici əlavə 3 faiz olacaq. Lakin onun Dövlət Sosial Müdafiə Fonduna (pensiya fonduna) olan 10 faizlik ödənişi əvvəlki qaydada qalacaq. Hökumətin əsas məqsədi vətəndaş pensiyaya çıxarkən onun pensiya kapitalının formalaşması üçün sosial sığorta ödənişlərinin saxlanılmasını təmin etməkdir”.

X.Kərimli qeyd edib ki, bununla belə, bu proses insanların alım gücünü azaldacaq: 

"Dövlət vətəndaşın qazancının bir hissəsini büdcəyə yönəldir və özü xərcləyəcəyini bildirir. Nəticədə, vətəndaşın alım gücü aşağı düşəcək, dövlətin isə maliyyə imkanları genişlənəcək. Bu vergi artımını heç bir şəkildə kompensasiya etmək mümkün olmayacaq. Vətəndaş özü öz başının çarəsinə baxmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO