Benoit Piet 5 il əvvəl 34 yaşlı arvadının itdiyini polisə xəbər verib. Polis geniş axtarış işlərinə başlayıb. İki il davam edən axtarışlardan sonra 2008-ci ildə Piet özü həbs olunub.
Həbs olunduqdan sonra Piet arvadını öldürdüyünü etiraf edib. Baş verən mübahisə nəticəsində hadisəni törədən Piet onu bağçada basdırıb. Daha sonra oradan çıxarıb və iz qalmasın deyə cəsədi hissələrə ayıraraq manqalda bişirib.
Polis bildirib ki,qadın itməsilə bağlı xəbərdən əvvəl onlara müraciət etmiş və boşanmaq istədiyini demişdi. Təqsirləndirilən şəxsin ömrlük həbs cəzasına məhkum ediləcəyi bildirilir.