7 yaşlı uşağın döyüldüyü internat evi haqqında mətbuatda yayılan yalan – MƏLUMAT

7 yaşlı uşağın döyüldüyü internat evi haqqında mətbuatda yayılan yalan –  MƏLUMAT
Bütün Xəbərlər
18:02 23.05.2014
3173

"Jam.az" saytı 8 yaşlı Nahidin döyüldüyü internat evinin dirtektorunun QətibəƏsədova olduğunu yazsa da bu məlumat tamamilə yalan çıxıb.

7 saylı internat məktəbində təhsil alan Nahid Cavadovun döyülməsi məsələsi artıq bir neçə gündür ki, mətbuatın gündəmindən düşmür. 8 yaşlı Nahidin ilk başlar yıxıldığı iddia olunsa da, ortaya çıxan ikinci videogörüntülər tamam başqa mətləblərdən xəbər verdi. Nəticədə, işlə bağlı bütün materiallar toplanaraq, prokurorluğa araşdırılması üçün göndərilib.

AZXEBER.COM-un məlumatına görə, bu gün Jam.az saytının yaydığı araşdırmada internatın direktoru olduğu iddia edilən Qətibə Əsədova internatdakı uşaqlarla pis davaranıb və onların sağlamlığına bilərəkdən zərər yetirib.

Məsələ ilə bağlı apardığımız araşdırma isə maraqlı məqamları ortaya çıxardıb. Belə ki, Qətibə Əsədova heç də yazıldığı kimi Suraxanı  qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin direktoru deyil, Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinin direktoru işləyib. O həmin vəzifəsindən bir neçə il bundan öncə gedib və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatının - Qocalar Evinin direktorudur.

Onu da qeyd edək ki, Suraxanı rayonunda yerləşən 7 saylı internat evi Təhsil Nazirliyinə, Saray qəsəbəsində yerləşən 7 saylı internat evi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir.

OXŞAR XƏBƏRLƏR