“Avroviziya”da qalmaqal - Bu ölkənin bayraqları qaldırıldı

“Avroviziya”da qalmaqal - Bu ölkənin bayraqları qaldırıldı
MAQAZİN
12:05 13.05.2026
161
Avstriyanın paytaxtı Vienna şəhərində 70-ci "Eurovision" mahnı müsabiqəsi gərgin atmosferdə start götürüb.

AZXEBER.COM xəbər verir ki, İlk yarımfinalda İsraili təmsil edən Noam Bettan "Michelle” adlı mahnısı ilə münsiflər heyəti və tamaşaçı səsverməsinin nəticələrinə əsasən finala vəsiqə qazanıb.

İsrail nümayəndəsinin çıxışı zamanı Wiener Stadthalle arenasında etiraz aksiyası keçirilib. Tamaşaçıların bir hissəsi çıxışı fitə basaraq "Soyqırımı dayandırın” və "Fələstinə azadlıq” şüarları səsləndirib. Bəzi izləyicilər isə Fələstin bayraqları qaldıraraq Qəzzaya dəstək nümayiş etdiriblər.

Bəzi etirazçılara təhlükəsizlik əməkdaşları müdaxilə edib. Gərginliyə baxmayaraq, İsrail Yunanıstan, İsveç və Finlandiya da daxil olmaqla 10 ölkə ilə birlikdə finala yüksəlib.
OXŞAR XƏBƏRLƏR