“70 ildə qazanmadıqlarını, bir gündə xərcliyib özünü borca salma“ -Namizəddən deputata sərt sözlər

“70 ildə qazanmadıqlarını, bir gündə xərcliyib özünü borca salma“ -Namizəddən deputata sərt sözlər
Bütün Xəbərlər
02:08 23.10.2015
2097
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığını irəli sürən Adəm Məmmədov rəqibi Astan Şahverdiyev haqda sərt sözlər yazıb. Buna səbəb Astan Nüşrəvan oğlu Şahverdiyevin onun nəslini,təhsilini "Meydaninfo.com" saytında təhqir etməsi olub.
AZXEBER.COM xəbər verir ki, namizəd bu haqda "facebook"da yazıb və seçicilərinə müraciət edib:"Hörmətli cəbrayıllılar və dostlarım!Seçki kampaniyamda belə məsələlərdən danışmaq istəməzdim. Lakin, 10 ildir Milli Məclisdə susan Astan Nüşrəvan oğlunun birdən-birə vətənpərvərlikdən, təhsildən, əsil-nəcabətdən danışması ona bu cavabı yazmaqla kimliyini xatırlatmaq məcburiyyətindəyəm. Birincisi mən Azərbaycan dövləti adından qərar verən vətən uğrunda şəhid olmuş məhkəmə sədri Məhərrəm Məmmədovun oğluyam və iki əmim isə Qarabağ müharibəsi vetranıdır. Sən isə Astan Nüşrəvan oğlu bütün cəbrayıllıların tanıdığı "burnu cırıq" ləqəbli kolxozda qarovulçu işləyən Nüşrəvanın oğlusan. (Burnun cırılma səbəbini, eləcə də niyə sənin Fizuli rayonunda anadan olma məsələlərini, etik olmadığı üçün açıqlamaq istəmirəm, lakin rahat Milli Məclisin kreslosu sənə bunları unutdurubsa, mən ətraflı xatırlada və məhkəmə qaydasında dediklərimi sübut edə bilərəm. Odur ki, yaşına-başına hörmət elə mənlə ayıq başla danış və danışığına sərhəd qoy. 
Sənin mənəvi haqqın yoxdur ki, nəinki mənim əslim-nəsil haqqında, heç bir cəbrayıllı barədə danışmağa belə mənəvi haqqın yoxdur. Sən o, Astan Nüşrəvan oğlusan ki, ailənizin sərəf və ləyaqətini qorumaq üçün mənə yalvarmısan və həmin prosesi udmuşam. Sən hansı cəsarətlə mənim savadımı və təhsilimi şübhə altına alırsan. 70 ildə qazanmadıqlarını, bir gündə xərcliyib özünü borca salma. Nitqində diqqətli ol..."
OXŞAR XƏBƏRLƏR