70 MİN MƏCBURİ KÖÇKÜN ÇÖRƏKPULUNDAN MƏHRUM EDİLƏCƏK

Bütün Xəbərlər
11:33 10.01.2011
1924

Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov məlumat verib.

S. Hüseynovun sözlərinə görə, yanvarın 1-dən qüvvəyə minən qərara əsasən, məcburi köçkün rayonlardan Milli Məclisin üzvlüyünə seçilmiş şəxslər, həmçinin digər şəhər və rayonlarda mənzil alıb, həmin yer üzrə qeydiyyata düşən ailələr də məcburi köçkün siyahısından çıxarılır və onlara çörəkpulu verilməyəcək.

Konkret olaraq bu qərarın məcburi köçkünlərin siyahısında neçə faiz azaldacağı barədə məlumat verməyən S. Hüseynov qərarın qəbulunun hansı zərurətdən irəli gəldiyini də açıqlamayıb. 

QMKİDK-nın adının açıqlanmasını istəməyən əməkdaşı isə  sözügedən qərarın 70 mindən artıq insana şamil olunacağını bildirib. 

OXŞAR XƏBƏRLƏR