70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?
SOSİAL
21:19 05.08.2026
193
"Banklar və bank olmayan kredit təşkilatları yaşlı şəxslərə kredit ayırarkən daha ehtiyatlı davranırlar. Bu da həmin yaş qrupunda xəstələnmə və vəfat riskinin nisbətən yüksək olması ilə əlaqədardır”.

AZXEBER.COM "konkret.az”a istiadla xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov bildirib.

Onun sözlərinə görə, qanunvericilikdə 70 yaşdan yuxarı şəxslərə kredit verilməsini qadağan edən hər hansı norma mövcud deyil:
 
"Bununla belə, 70 yaşdan yuxarı şəxslərə kredit verilməsi tam mümkündür. Bunun üçün əsas şərtlərdən biri müraciətçinin müntəzəm gəlirə, xüsusilə də pensiya təminatına malik olmasıdır. Bundan əlavə, kredit almaq istəyən şəxsin girov qoyula biləcək əmlakı və ya etibarlı zamini varsa, kreditin rəsmiləşdirilməsi ilə bağlı ciddi problem yaranmır”.

Əkrəm Həsənovun sözlərinə görə, son qərar hər bir bankın daxili kredit siyasətindən, risklərin qiymətləndirilməsindən və müraciətçinin maliyyə vəziyyətindən asılı olaraq verilir. Bu səbəbdən eyni yaşda olan iki nəfərin kredit müraciəti fərqli nəticələnə bilər.
OXŞAR XƏBƏRLƏR