'700 bal toplayan abituriyentə hər ay 100 manat verəcəm' - Millət vəkili
Bütün Xəbərlər
17:25 17.07.2013
4571
Millət vəkili Aydın Mirzəzadə bu il imtahanlarda 700 bal toplayan Mingəçevir sakini Məmmədli Raminə 100 manat verəcək. O özü bu haqda şəxsi "facebook" səhifəsndə yazıb:"İyulun 14-də III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələri artıq bəllidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) dünən açıqladığı rəsmi məlumata əsasən, bu il III ixtisas qrupu üzrə qəbul imtahanlarında 4 abituriyent maksimal nəticə əldə edərək 700 bal toplayıb.O dörd nəfərdən biri deputat seçildiyim Mingəçevir şəhərinin 3 saylı orta məktəbini bu il qızıl medalla bitirmiş Məmmədli Nərmin Rövşən qızıdır. Bitirdiyi 3 saylı məktəb Mingəçevirin tanınan və yüksək təhsil verən orta məktəblərindədndir.Nərminin babası Məmməd həkimi yaxşı tanıyıram, şəhərin nüfuzlu insanlarındandır, dost münasibətlərimiz var. Bu gün ona zəng edib, gözaydınlığı verdim. Həmçinin Nərminlə də telefonla danışdım, onu təbrik etdim.Nərminə bildirdim ki, yüksək bal topladığına görə ali məktəbi bitirənə qədər hər ay ona 100 manat təqaüd verəcəyəm.Artıq üç ildir ki, Mingəçevirdən ilk 700 bal toplamış məzun, hal-haırda Qafqaz Universitetinin IV kurs tələbəsi Kazımov İsmayıl hər ay məndən 100 manat təqaüd alır.Mingəçevirdə ictimaiyyətlə və pedaqoji kollektivlərlə görüşdə daima bildirirəm ki, qəbul imtahanlarında yüksək 700 bal toplayan hər bir mingəçevirli məzun depuatından təqaüd alacaq.Sözümün üstündə dururam və Mingəçevirdən yeni rekordçu abuturiyentlər gözləyirəm.