71 dərəcə şaxtada yaşayanlar - FOTOLAR

71 dərəcə şaxtada yaşayanlar - FOTOLAR
Bütün Xəbərlər
12:20 20.02.2013
1514
Dünyanın ən soyuq bölgələrindən biri Rusiyada yerləşir.AZXEBER.COM-un məlumatına görə, Oymyakonda 600 nəfər yaşayır. Burada qışda havanın temperaturu -52 -71 arasında dəyişir. Yay aylarında havanın hərarəti 30 dərəcədən yuxarı qalxanda bu anomallıq hesab edilir. Qışda 3 saat gün olur. Məktəblər isə havanın temperaturu -52 dərəcədən çox olarsa bağlanır.Əhali əsasən at və öküz əti ilə qidalanır, odun yandıraraq isinirlər. Lakin belə soyuq havaya baxmayaraq burada yaşayanların demək olar ki, heç nədən şikayətləri yoxdur. Həkimlərdə sakinlərin sağlamlığında problem olmadığını deyirlər.Bəzən soyuq o dərəcədə kəskin olur ki, qələmlərin içərisindəki mürəkkəb donur, eynəklər buz bağlayırlar. Maşını olanlar sə mühərriki söndürdükdən sonra işlədə bilmədikləri üçün onu daima işlək vəziyyətdə saxlayırlar.Oymyakonda ən çətin iş isə qışda ölü dəfn etməkdir. Çünki torpaq o qədər donur ki, onu qazmaq mümkün olmur. Əvvəlcə torpaq isti kömürlə yumşaldılır, sonra isə texnika ilə qəbir qazılır.
OXŞAR XƏBƏRLƏR